NATO Ukraynanı silahla dəstəkləyəcək, lakin alyans Rusiya ilə müharibə barədə “qırmızı xətti” keçməyi planlaşdırmır.
BUTA.TV xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Polşanın Ukrayna ərazisi üzərində raketləri vura bilməsi ideyasını şərh edərkən deyib.
"NATO Ukraynanı dəstəkləyəcək və indi dəstəyimizi, xüsusən də müxtəlif hava hücumundan müdafiə sistemləri vasitəsilə artırmışıq. Təbii ki, F-16 da bu kontekstdə önəmlidir. Biz onları daha çox yeni yerüstü hava hücumundan müdafiə sistemləri və sursatları ilə təmin edəcəyik. Bunlar "Patriot" və taktiki sistemlər, NASAMS-lar olacaq", - o bildirib.
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub