Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bu vəzifədə Avropa Parlamenti tərəfindən təsdiqini gözləmədən AK kollegiyasının Macarıstana səfərini ləğv edib və AB Şurasının Macarıstan yanında qeyri-rəsmi iclaslarında nümayəndəlik səviyyəsini aşağı salıb.
BUTA.TV xəbər verir ki, bu barədə barədə Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Erik Mamer məlumat verib.
“Macarıstanın AB Şurasına sədrliyinin başlanması ilə bağlı son hadisələr fonunda, Avropa Komissiyasının sədri AK-nin yüksək səviyyədə (baş direktorlar səviyyəsində) yalnız qeyri-rəsmi iclaslarda təmsil olunmasına qərar verib. Avrokomissiya kollegiyasının Macarıstana səfəri baş tutmayacaq”, - deyə o X səhifəsində bildirib.
Xatırladaq ki, bundan əvvəl Finlandiya və İsveç AB Şurasına sədrlik edən ölkə kimi Macarıstanda keçirilən nazirlərin görüşlərini boykot etmək niyyətlərini bəyan etmişdilər.
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub