İspaniyanı AVRO-2024-də çempion edən qolu vuran bask futbolçu Mikel Oyarzabal anasının yaşadığı qəsəbədə satqın elan edilib.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, "Real Sosyedad"ın futbolçusu İngiltərəyə vurduğu qolla İspaniyada günün qəhrəmanı olub.
Lakin Bask vilayətinin Ellorio bələdiyyəsində Oyarzabal və İspaniya millisində çıxış edən başqa bir bask oyunçusu Merino üçün pankart asılıb. Bannerin üzərində İspaniya bayrağının üzərindən xətt çəkilib və "İspaniya millisində oynamağa yox" yazılıb. Bannerin altındakı divarda isə bask dilində "Oyarzabal və Merinos satqınlar" yazılıb.
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub