Şimali Koreyanın Kubadakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Ri İl Kyunun 2023-cü ilin noyabrında ailəsi ilə birlikdə Cənubi Koreyaya qaçdığı məlum olub.
BUTA.TV xəbər verir ki, bu barədə “Yapan Times” məlumat yayıb.
Kyu bildirib ki, Pxenyan onun Meksikada müalicə almaq istəyini rədd etdikdən sonra ölkəni tərk etmək qərarına gəlib:
“Hər bir Şimali koreyalı azı bir dəfə Cənubi Koreyada yaşamaq haqqında düşünür. Şimali Koreya rejiminin qaranlıq gələcəyi məni ölkəni tərk etmək barədə düşünməyə vadar etdi”.
Seula sığınan yüksək rütbəli diplomat qeyd edib ki, ona Cənubi Koreya ilə Kuba arasında diplomatik münasibətlərin qurulmasına mane olmaq tapşırılıb.
Cənubi Koreyanın kəşfiyyat agentliyi əlavə təfərrüat vermədən Ri İl Kyu ilə bağlı faktı təsdiqləyib.
Qeyd edək ki, 2016-cı ildə Pxenyanın Britaniyadakı səfirinin müavini Tae Yonq Ho da ailəsi ilə birlikdə Cənubi Koreyaya sığınmışdı.
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi