Ermənistan 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması və dövlət sərhədinin demarkasiyası prinsipinə əsaslanan Azərbaycanla sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin bağlanması prosesində səmimi iştirak edir.
BUTA.TV xəbər verir ki, bunu iyulun 15-də Nyu-Yorkda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
XİN rəhbəri ölkəsinin Türkiyə ilə də münasibətlərin nizamlanması üçün çalışdığını bildirib:
“Ermənistan davamlı olaraq Türkiyə ilə münasibətləri tam nizamlanması, diplomatik əlaqələr qurmaq və sərhədləri açmaq üçün səylər göstərir və uğurlu olarsa, şübhəsiz ki, bütün bunlar regiona müsbət təsir göstərəcək”, - Mirzoyan bildirib.
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi