Ukraynada genişmiqyaslı müharibənin başlaması, səfərbərlik və müxalifətə qarşı repressiyalardan sonra Rusiyanı tərk edib, geri qayıtmayanların sayı təxminən 666 min nəfərdir.
BUTA.TV xəbər verir ki, bu barədə “Bell” nəşrinin araşdırmasında bildirilir.
Qeyd edilib ki, ən çox köç Ermənistana olub – 110 min nəfər. Qazaxıstana 80 min, İsrailə 80 min, Gürcüstana 74 min, ABŞ-a 48 min rus köçüb. Eyni zamanda, ABŞ-da ruslar kütləvi şəkildə sığınacaq üçün müraciət edirlər.
Rusların ən çox üz tutduğu ölkələrdən biri də Türkiyədir. Ancaq burada yaşayış izninin uzadılmaması səbəbində ruslar Türkiyəni tərk etməyə məcbur olurlar. Buna baxmayaraq, 2022-ci ildən bəri Türkiyədə 28 min rus məskunlaşa bilib.
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi