İyulun 1-dən 175 nömrəli müntəzəm marşrut xətti üzrə fəaliyyət göstərən avtobusların nömrəsi dəyişdirilib.
BUTA.TV-ın "Xəzər Xəbər"ə istinadən məlumatına görə, sonradan aydın olub ki, eyni nömrədə başqa marşrut avtobusları da var.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, Bakı şəhərində əhalinin mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması üçün yeni marşrut şəbəkəsi hazırlanıb. Marşrut xətləri optimallaşdırılır. Bununla əlaqədar olaraq marşrut xətləri müsabiqəyə çıxarılaraq yenilənir. Yenilənmə zamanı şəhərdaxili, şəhərkənarı və qəsəbələrarası marşrutların fərqlənmələri üçün nömrələrində də dəyişiklik edilir.
Hazırda cəmi iki nömrə təkrarlanır və bu, tezliklə aradan qaldırılacaq.
Ətraflı süjetdə:
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi