Xəbər verdiyimiz kimi, VI çağırış Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Zahid Oruc 33 saylı Xətai birinci seçki dairəsində namizədliyini irəli sürdüyünü bildirib.
BUTA.TV xəbər verir ki, sözügedən dairədən daha bir tanınmış sima – iqtisadçı ekspert, ReAL İdarə Heyətinin üzvü Natiq Cəfərli də namizədliyini irəli sürüb. N.Cəfərlinin namizədliyi artıq təsdiqlənib və imza vərəqələrini götürüb.
Tanınmış jurnalist Fuad Abbasov da 33 saylı seçki dairəsindən namizədliyini irəli sürüb. Xatırladaq ki, F.Abbasov 2020-ci il 9 fevral seçkilərində də bu dairədən namizəd olmuşdu. Ancaq Hüseynbala Mirələmovun lider olduğu bu dairənin nəticələri seçki qanunsuzluğuna görə MSK tərəfindən ləğv edilmişdi.
Beləliklə, 33 saylı dairə 1 sentyabr 2024-cü il parlament seçkilərinin ən qızğın mübarizələrindən birinin getdiyi məkan olacaq.
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi