Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinə (ATM) yeni direktor təyin olunub.
BUTA.TV Report-a istinadla xəbər verir ki, bu, Rəşad Hüseynovdur.
O, bundan əvvəl İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini olub və yeni vəzifəsində Firdovsi Fikrətzadəni əvəz edib. 2019-cu ildən ATM-ə rəhbərlik etmiş F.Fikrətzadə iyunun 10-da öz ərizəsi ilə işdən azad olunub.
R.Hüseynov Azərbaycan Dövlət Aqrar Universitetində ümumi iqtisadiyyat ixtisası üzrə bakalavr təhsili alıb, Almaniyanın "Weinhenstephan Triestdorf" Tətbiqi Elmlər Universitetində biznesin idarə edilməsi, Bonn Universitetində isə Qida və resursların iqtisadiyyatı üzrə magistr dərəcəsi alıb, 2010-2015-ci ildə Bonnda doktorluq işini müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi ünvanı alıb.
İngilis, alman və rus dillərini bilir. Ailəlidir, üç övladı var.
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi