Azərbaycan-Gürcüstan sərhədində 4.8 maqnitudalı zəlzələ olub.
BUTA.TV xəbər verir ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Trend-ə açıqlamasında bildirib ki, Azərbaycanda hər gün zəif yeraltı təkanlar olur və bu, təbii prosesdir.
"Ölkəmizdə qeydə alınan zəlzələlərin çoxu hiss edilmir. Qorxulu nəsə yoxdur, Azərbaycanda yaxın zamanlarda güclü zəlzələ gözlənilmir", - deyə Q.Yetirmişli əlavə edib.
Qeyd edək ki, bu gün səhər saatlarında Zaqatala seysmik stansiyasından 61 km cənub-qərbdə, Gürcüstan Respublikası ərazisində 5 km dərinlikdə 4.8 maqnitudada zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4.8 bal, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub.
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi