Macarıstan BMT Təhlükəsizlik Şurasında Rusiyanı pisləyən əlli dövlətin birgə bəyanatını imzalamayan yeganə AB ölkəsidir.
BUTA.TV xəbər verir ki, bu məlumat səsvermənin nəticələri ilə bağlı Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsa tərəfindən dərc edilmiş siyahıda üzə çıxıb.
Bildirək ki, Rusiya çərşənbə axşamı BMT Təhlükəsizlik Şurasını “daha ədalətli, demokratik və davamlı dünya nizamı üçün çoxtərəfli əməkdaşlıq” mövzusunda toplayıb. Rusiya tərəfindən çağırılan və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə keçirilən nazirlər səviyyəsində Təhlükəsizlik Şurasının iclasında AB-dən yalnız Macarıstanın xarici işlər naziri Peter Siyarto iştirak edib.
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi