İqtisadi paketin həyata keçirilməsindən beş ay sonra Kubada həddindən artıq yüksək olan yoxsulluq səviyyəsi 89 faizə çatıb.
BUTA.TV xəbər verir ki, Kuba İnsan Hüquqları Departmentinin (OCDH) məlumatına görə, əhalinin 19 faizi ayda 5 avrodan az, 33 faizi 15 avrodan az, 19 faizi isə 30 avrodan az vəsaitlə dolanır. Respondentlərin yalnız 3 faizi ayda 195 avrodan çox qazanır.
“Kubadakı sosial hüquqların vəziyyəti” adlı hesabatda qeyd olunur ki, bu rəqəmlər milyonlarla Kuba ailəsinin fikrincə, onları əzən yoxsulluq, qida və dərman çatışmazlığı və əsas dövlət xidmətlərinin davamsızlığının nəticəsidir. Gələcəyə inamın olmaması getdikcə artan miqrasiya axınının əsasını təşkil edir.
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi