Əminəm ki, bu tapşırığı Rusiya verib. Bu dəqiqə Rusiyadan Paşinyana Qərb istiqamətində olan siyasi addımlarına görə güclü təzyiqlər var. Ermənilər bu addımla Rusiyaya göstərmək istəyirlər ki, ona sadiqdirlər.
Bu sözləri BUTA.TV-a açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Böyük Britaniyada keçirilən Avropa Siyasi Birliyinin 4-cü sammiti çərçivəsində Ermənistan Baş naziri Paşinyanın Azərbaycan Prezidenti ilə görüş təklifindən imtina etməsi haqda yayılan məlumata münasibətində deyib.
“Bu imtinanın sonrasını gözləmək lazımdır, çünki tədbirlər davam edir. Aydındır ki, görüşün təşəbbüskarı Böyük Britaniya tərəfidir. Bəzi mənbələr bildirir ki, ermənilər Böyük Britaniyanın vasitəçilik etməsini istəmirlər. Həmçinin Ermənistan mühitində müxtəlif versiyalar səslənir ki, noyabrda onlar Qərbə yönələn siyasətdən imtina etməlidir. Çünki hazırda Baydenin qalib gəlməsi şansı çox azdır və İrəvanın Qərbə yönəli siyasətində ermənilərə təkcə Fransanın dəstəyi bəs eləməz. Ona görə də Qərblə hansısa inteqrasiya prosedurlarına ehtiyat edirlər”, - politoloq bildirib.
T.Zülfüqarovun sözlərinə görə, bu imtinanın səbəbini sülhdən qaçmaq kimi qəbul etmək hələ tezdir.
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı