Gəncədə iş adamı oğlunu həbs etdirib.
BUTA.TV-ın Publika.az-a istinadən məlumatına görə, 1993-cü il təvəllüdlü A.Sultanov (soyad şərtidir) Gəncə şəhər Atatürk prospektində yerləşən "City center" mağazasına gəlib. O, mağazanın sahibi olan atasından pul tələb edib.
Lakin iş adamı M.Sultanov oğluna pul verməkdən imtina edib. Bundan sonra A.Sultanov mağazadan çıxaraq uca səslə söyüş söyməyə, ictimai asayışı pozmağa başlayıb, atasının ünvanına nalayiq ifadələr işlədib.
Polisə müraciət edildikdən sonra 31 yaşlı A.Sultanov saxlanılıb. Onun barəsində Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsində protokol tərtib edilib. Saxlanılan şəxs daha sonra Gəncə Şəhər Məhkəməsinə göndərilib və ona 5 sutka inzibati həbs cəzası verilib.
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı