Rusiyanın Samara vilayətində Kommunist Partiyası fraksiyasının üzvü, ksenofob və antiislam mövqeyi ilə tanınan deputat Mixail Matveyev miqrant tərəfindən döyülüb.
BUTA.TV xəbər verir ki, bununla bağlı deputat özü Teleqram kanalında məlumat yayıb, başının sarğıda olan fotosunu, həmçinin video da yerləşdirib.
Özünün iddiasına görə, ərazidən keçərkən dəyənəklə “silahlanmış” üç miqrantın yoldan keçən insanları qorxutduqlarını görüb və sürücüdən maşını dayandırmağı istəyib.
Daha sonra deputat maşından enib və qısa söhbətdən sonra onun başına dəyənəklə zərbə endirilib.
O, hadisədən sonra əraziyə polis və təcili tibbi yardım çağırdığını və onların da əraziyə olduqca gec gəlməsindən şikayətçi olduğunu bildirib.
Qeyd edək ki, Matveyev bundan öncə İslam dinini təhqir etdiyinə görə, Çeçenistan lideri Ramzan Kadırovdan üzr istəməyə məcbur olmuşdu.
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?