Rusiyanın məğlubiyyəti Ukrayna ərazisinin 1991-ci il sərhədlərinə qaytarılması deyil, Rusiya Federasiyasının rəhbəri Vladimir Putinin devrilməsi deməkdir.
BUTA.TV xəbər verir ki, bunu Kanal 24-ə müsahibəsində Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.
Onun sözlərinə görə, söhbət Rusiya Federasiyasının özündə inqilabi proseslər və ya çevrilişlərdən gedir:
“Mümkündürmü bu? Bu, Rusiyada tam reallaşa bilən yeganə tarixi ssenaridir. Niyə? Çünki siz də, mən də Rusiyada daxili hakimiyyət zəifliyini artıq dəfələrlə görmüşük. Görürürük ki, Rusiya hakimiyyəti aqressiv sosial etirazların təzahürlərinə tez və adekvat cavab verməyə hazır deyil. Buna reaksiya verən yoxdur”.
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?