Aparıcı Xoşqədəm Hidayətqızı Xalq artisti Ağadadaş Ağayevin mühafizəçi ilə davasına şərh bildirib.
BUTA TV xəbər verir ki, o, müğənninin hərəkətini amansızlıq adlandırıb:
"İnanmağım gəlmir. Niyə? Yağışda, istidə qapıda dayanaraq ailəsinə çörəkpulu aparan birinin hansı addımı qarşı tərəfi bu qədər amansız edib? Bu balta nəyə görə atılıb, kimə dəyib? Və balta atıldıqdan sonra mühafizəçi niyə mügənninin qarşısına çıxıb? Araşdırılmalı mövzu və suallar… Niyə bu hala gəldik, insanlar niyə bu qədər amansız olub? Nə yaşlı, nə qadın, nə uşaq, nə xəstə gözümüzə görünür… Hələ kənarda dayanan insanların soyuqluğu... Çox üzgünəm".
Hidayətqızının paylaşımına şərh yazan həyat yoldaşı, türkiyəli müğənni Doğuş isə "Çox üzüldüm. Orada o qədər adam nə işə yarıyır?" deyərək, kənarda dayananları tənqid edib.
Qeyd edək ki, A.Ağayev xəstəxana mühafizəçisi ilə mübahisə edərkən balta atıb və orada çalışan qadın xəsarət alıb. Hadisə Binəqədi rayonu ərazisində Xalq artisti Ağadadaş Ağayevin yaşadığı binanın həyətində, özəl klinika ilə üzbəüz yerləşən ərazidə baş verib. Xəstəlikdən əziyyət çəkən Xalq artistinin halı pisləşdiyi üçün klinikadan yardım istəyib. Evinin eyvanına çıxan Ağadadaş Ağayev xəstəxananın personalına müraciətlə vəziyyətinin pisləşdiyini, təcili həkim yardımına ehtiyacının olduğunu deyib. Mühafiçəçi isə onu klinikaya dəvət edib. Bu zaman A. Ağayev əlində olan baltanı mühafizəçiyə tullayıb.
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?