Xalq artisti Ağadadaş Ağayevin atdığı balta ilə yaralanan xadimə Nəzakət Paşayeva "Xəzər Xəbər"ə açıqlama verib.
BUTA.TV xəbər verir ki, paytaxtın Binəqədi rayonunda yerləşən "MedEra" hospitalında baş verən insident zamanı işçilərdən biri - Nəzakət Paşayeva ayağından yaralanıb.
4 ildir ki, adı çəkilən hospitalda çalışan 55 yaşlı Nəzakət Paşayeva deyir ki, balta atılan zaman təmizlik işi görürmüş.
Nəzakət Paşayeva baş verən hadisədən sarsıldığını bildirib. Bununla yanaşı, o, Ağadadaş Ağayevdən şikayətçi olmayacağını da qeyd edib.
Xalq artisti Ağadadaş Ağayevlə mühafizəçi arasında yaşanan insidentin görüntülərinin kim tərəfindən yayılması ilə bağlı məsələyə isə hospitalın direktoru İbrahim Əliyev aydınlıq gətirib.
Qeyd edək ki, Xalq artisti Ağadadaş Ağayev və mühafizəçinin cinayət işi üzrə polis idarəsində istintaq davam edir.
Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işinin istintaqı çərçivəsində xəsarətlərin dərəcəsinin təyin edilməsi üçün müvafiq ekspertizalar təyin edilib. Hər iki şəxs təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunaraq onlara ittiham verilib.
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?