Aktau sakinləri Xəzər dənizində ölü xərçəng topaları aşkar ediblər. İnsanlar buğumayaqlıların kütləvi ölümündən narahatdırlar.
BUTA.TV Azərtac-a istinadla xəbər verir ki, ekologiya departamenti ərazidə su nümunələri götürmək üçün mütəxəssislər göndərib.
Qazaxıstan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İctimai Şurasının üzvü Adilbek Kozıbakov ehtimal edir ki, xırda balıqların və xərçənglərin ölümünə dənizə zərərli maddələrin atılması səbəb olub.
Ekologiya departamentindən bildirilib ki, zərərli maddələrin yolverilən normadan artıq olub-olmadığını müəyyən etmək üçün su nümunələri götürüləcək.
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?