2024.07.30. 22:51
Bakıda sex yanır.
Fövqəladə Hallar Nazirliyindən (FHN) BUTA.TV-a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsində sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam edir.
***
Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsində yerləşən sexdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin çevik müdaxiləsi sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Bu barədə FHN-dən məlumat verilib.
***
Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsində yerləşən sexdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.
Bu barədə FHN-dən məlumat verilib.
Qeyd olunub ki, yanğın nəticəsində ümumi sahəsi 600kv.m. olan bir dam altında tikilmiş müxtəlif təyinatlı obyektlərdən sahəsi 90kv.m. olan taxta sexi yanıb.
Bitişik obyektlər yanğından mühafizə olunub. Xəsarət alan yoxdur.
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?