“İnflyasiyanın mənfi təsirlərinin qarşısını almaq, əhalinin alıcılıq qabiliyyətini qorumaq və iqtisadi artıma təkan vermək üçün son illər ölkədə minimum əməkhaqqı artırılır. Biz ilin sonuna yaxın yəqin ki, növbəti artımın şahidi olacağıq. Dövlət əməkhaqqı fondunun artırılmasına minimum əməkhaqqının artıırılması vasitəsilə gedir. Bununla da həm iqtisadi stimullaşdırmaya, həm də əhalinin sosial müdafiəsinə nail olunur”.
Bunu Bakupost.az-a Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov ölkədə minimum əməkhaqının artırılacağı ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib.
O qeyd edib ki, 2025-ci ilin əvvəlindən artım nəticəsində ölkədə minimum əməkhaqqı 400 manata yaxın olacaq. SEO Xidməti
Pensiyaların artırılmasına gəlincə, Elşad Məmmədov bildirib ki, bu məsələ ilə bağlı konkret yanaşma mövcuddur. Belə ki, ölkədə mövcud olan inflyasiya göstəricilərinə uyğun olaraq hər il pensiyalar indeksləşdirilir. Yəni ilin sonunda rəsmi statistik orqanlar tərəfindən açıqlanan inflyasiya rəqəmləri 2025-ci ilin əvvəlindən pensiyaların indeksləşməsinə birbaşa təsir edəcək. Misal üçün, 2024-cü ilin nəticələrinə görə inflyasiya 10 faiz olsa, bu o deməkdir ki, növbəti ildən peksiyaların 10 faiz həcmində indeksləşməsini gözləmək olar”.
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?