Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarından Türkiyədə instaqrama giriş bloklanıb.
“BUTA.TV”nun “Hürriyet”ə istinadən məlumatına görə, Türkiyənin İnformasiya Texnologiyaları və Rabitə İdarəsi bloklanmanın instaqramın qoyduğu qadağalar arasında yer alan kataloq cinayətləri (çoxsaylı cinayət paylaşımları – red.) ilə əlaqəli olduğunu açıqlayıb.
Məlumata görə, kataloq cinayətləri Türkiyədə 2005-ci il iyunun 1-dən qüvvədə olan Cinayət Prosessual Qanunu tərəfindən tənzimlənən cinayətlərdir və həbs üçün əsas hesab edilir.
Bundan başqa, bunun iyulun 31-i İranda HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin raket zərbəsi nəticəsində öldürülməsi fonunda edilən paylaşımlarla bağlı olduğu iddia edilir. Belə ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun Haniyənin qətlindən sonra başsağlığı mesajı yayımlayıb, lakin instaqram sözügedən paylaşımı silib. Daha sonra Altun açıqlama yayaraq bildirib: “Heç bir səbəb göstərmədən HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin vəfatı ilə bağlı başsağlığı mesajı göndərməsinə mane olan sosial media platforması instaqramı şiddətlə qınayıram. Bu, senzura üçün çox aydın və aşkar bir cəhddir”.
Qeyd edək ki, kataloq cinayətlərə qəsdən adam öldürmə, intihara təşviqetmə, miqrant qaçaqmalçılığı, uşaqların cinsi istismarı, işgəncə, dərmanların istifadəsini asanlaşdırmaq, düşmənlə əməkdaşlıq kimi maddələr daxildir.
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?
- Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı
- Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı