HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra Tehran hakimiyyətinin kəşfiyyat və təhlükəsizlik sahəsindəki zəifliyi müzakirə edilir.
BUTA.TV xəbər verir ki, bu, ölkə rəsmilərinin də bəzilərinin etirazlarına səbəb olub.
Onlar ölkənin təhlükəsizliyinə cavabdeh olan qurumların büdcələrinin bir neçə dəfə artırılmasına baxmayaraq, bu sahədə ciddi boşluqların olduğunu bildiriblər.
Xarici qonaq və diplomatların mühafizəsi və təhlükəsizliyinə cavabdeh olan SEPAH-ın “Vəliyi əmr” Müdafiə Korpusunun hazırkı illik büdcəsi 433 milyard tümənə (11 milyon dollar) bərabərdir.
İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinə (ETTELAAT) ötən büdcə ilində ayrılan vəsait isə 16 trilyon tüməndən çox (400 milyon dollar) olub.
İyulun 21-də təhlükəsizlik və kəşfiyyat naziri İsmayıl Xətib büdcənin 10 qat artırıldığını, kəşfiyyat və təhlükəsizlik sahəsində ciddi irəliləyiş olduğunu iddia etmişdi.
O, təhlükəsizlik və kəşfiyyat infrastrukturunun genişləndirildiyini, MOSSAD-ın İranda nüvə obyektlərinə, o cümlədən nüvə alimlərinə qarşı təxribatlarının qarşısının tamamilə alındığını, İsrailə bağlı şəbəkələrin çökdürüldüyünü demişdi.
İsmayıl Haniyənin Tehranın çox ciddi qorunan Sədabad bölgəsində öldürülməsi isə İsmayıl Xətibin başçılıq etdiyi nazirliyin uğurlarla bağlı iddialarının şişirdilmiş olduğunu göstərir.
Bu səbəbdən də, qeyd olunan sahələrə ayrılan və artırılan vəsaitin çoxunun təhlükəsizliyin qorunmasına deyil, xarici, xüsusən qonşu ölkələrdə kəşfiyyat və təxribat planlarına xərcləndiyi barədə ehtimallar artır.
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?
- Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı
- Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı