MOSSAD HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəni öldürmək üçün iranlı məmurlardan istifadə edib.
BUTA.TV xəbər verir ki, bu iddia ilə “Teleqraf” nəşri çıxış edib.
“MOSSAD İsmayıl Haniyənin adətən qaldığı mehmanxananın üç otağına bomba yerləşdirmək üçün iki iranlı məmurdan istifadə edib”, - məlumatda bildirilib.
Qeyd edək ki, Haniyənin öldürülməsinə görə SEPAH-ın təhlükəsizlik bölməsi 20-dən çox şəxsi həbs edib.
Onların arasında yüksək rütbəli zabitlər və Haniyənin qaldığı mehmanxananın əməkdaşları da var.
Xatırladaq ki, Haniyə 30 iyulda İranın yeni Prezidenti Pezeşkianın andiçmə mərasimində iştirak edib, gecə isə Tehranda yerləşdiyi binanın raketlə vurulması nəticəsində ölüb.
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?
- Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı
- Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı