İyulun 31-də Ukraynaya kütləvi hücum zamanı rus işğalçılar Şimali Koreya istehsalı olan ballistik raketdən istifadə ediblər.
BUTA.TV xəbər verir ki, bu barədə “Defence Express” öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, atış Rusiya ərazisindən Belaya Tserkov istiqamətində qeydə alınıb. Raket havada partladıqdan sonra Kiyev vilayətinin ərazisinə düşüb.
Qeyd olunub ki, rusların Ukraynaya zərbə endirmək üçün Şimali Koreya istehsalı olan KN-23 ballistik raketlərindən istifadə etməsi ilə bağlı sonuncu hadisə 27 fevral 2024-cü ildə qeydə alınıb. Beləliklə, ruslar 5 ay davam edən fasilədən sonra KXDR-nin uzaqmənzilli raketindən istifadəni bərpa ediblər.
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?
- Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı
- Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı