Çox adamların ənənəvi səhər yeməyi demensiya riskini 15% artırır.
BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, Filadelfiyanın Alsheymerlə Mübarizə Assosiasiyasının alimləri yeni tədqiqatda səhər yeməklərini araşdırıb.
Tədqiqat 40 il davam edib. Alimlər 100 min insanı 40 il ərzində izləyib. Onların səhər qidalanması ilə əqli vəziyyəti arasında əlaqəni təhlil ediblər. Qərbdə klassik səhər yeməyində bekon, vetçina, hazırda isə kolbasalı sendviçlər dəbdədir.
Alimlər məhz bekonu demensiyada əsas rol oynayan təhlükəli qida hesab edib. Xüsusən yağda, qrildə qızardılmış, üzərinə yumurta vurulan bekon yeyənlərdə demensiya riski yeməyənlərə nisbətdə 15% artır. Hətta həftədə cəmi 2 pors belə bekon və ya sendviç kifayətdir ki, beyinə neqativ təsirini göstərsin.
Alimlər bekonu iltihab əleyhinə qidalarla əvəz etməyi tövsiyə edir: lobya, göyərti, qoz, fındıq.
Səhər ət yemək olar, amma o qızardılmış və termiki işlənmiş olmamalıdır. Demensiyadan qorunmaq üçün ümumiyyətlə, rasiondan sosis, bekon, kolbasa, hisə verilmiş qidalar çıxarılmalıdır.
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?
- Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı
- Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı
- Etiraf etməliyik ki, bu prosesə gecikmişik - Aynur Camalqızı