Peşə təhsili ixtisas təsnifatında bir sıra ixtisaslar var ki, bugünkü əmək bazarında onlara ehtiyac yoxdur. Onlar təsnifatdan çıxarılacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Trend-ə özəl müsahibəsində Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib.
O qeyd edib ki, peşə təhsili sistemi əmək bazarının tələblərinə digər təhsil pillələrindən daha çevik, daha tez reaksiya verir.
"Bunun baş verməsi üçün bir neçə vacib şərt var. Ən vacib şərt odur ki, peşə təhsili müəssisələri, agentlik olaraq, biz işəgötürənlərin tələblərini anlamalı, ehtiyaclarını duymalıyıq. Adətən, ölkədə əmək bazarında aparılan araşdırmalar, eyni zamanda, ölkənin növbəti 5-10 ildə iqtisadi inkişaf prioritetlərini nəzərə alaraq, yeni ixtisaslar təqdim etməyə başlayırıq. Həmçinin, bir çox hallarda sənayedə sektoral məlumatlar, işəgötürənlərin təklifləri əsasında yeni ixtisaslar üzrə tələbə qəbulu elan edirik.
Bu il 9 yeni ixtisas üzrə tələbə qəbulu həyata keçirəcəyik. Peşə təhsili ixtisas təsnifatında bir sıra ixtisaslar var ki, bugünkü əmək bazarında onlara ehtiyac yoxdur. Onlar təsnifatdan çıxarılacaq. Bu səbəbdən peşə təhsili ixtisas təsnifatının dəyişdirilməsi istiqamətində fəaliyyətə başlamışıq. Gələn il peşə təhsili ilə bağlı yeni ixtisas təsnifatları təqdim ediləcək", - deyə C.Kərəmov bildirib.
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?
- Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı
- Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı
- Etiraf etməliyik ki, bu prosesə gecikmişik - Aynur Camalqızı