Hazırda Qarabağdakı peşə məktəblərində təhsil alacaq tələbələr üçün konkret güzəştlər təsdiq olunmayıb. Biz belə bir təklif vermişik ki, oraya qayıdan və peşə təhsili alanlara müəyyən güzəştlər tətbiq edilsin.
BUTA.TV xəbər verir ki, bu barədə Trend-ə müsahibəsində Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib.
O qeyd edib ki, Qarabağda 8 peşə təhsili müəssisəsinin istifadəyə verilməsi nəzərdə tutulur.
"Hazırda Füzuli şəhərində 850 nəfərlik tələbə tutumu olan müəssisə tikilir. Eyni zamanda, Qubadlı, Zəngilan, Ağdam və Şuşada müəssisələrin layihələndirilməsi işi ilə məşğuluq. Yanaşmamız ondan ibarətdir ki, hər rayondakı peşə təhsil müəssisəsi həmin regionun potensialına uyğun olsun.
Artıq biz bilirik ki, bütün məktəblərimizdə "yaşıl" enerji ilə bağlı ixtisaslarımız olacaq. Şuşa Dövlət Peşə Təhsil Mərkəzində 3 yeni ixtisas ölkədə ilk dəfə tədris olunacaq. Həmin peşələr daş memarlıq abidələrinin bərpaçısı, bədii tikmə ustası, musiqi alətlərinin ustası ixtisaslarıdır. İxtisaslar çox fərqli olacaq.
Hazırda Qarabağda peşə məktəblərində təhsil alacaqlar üçün konkret güzəştlər təsdiq olunmayıb. Biz belə bir təklif vermişik ki, oraya qayıdan və peşə təhsili alan əhaliyə müəyyən güzəştlər tətbiq edilsin. Amma bu hələ də təklif mərhələsindədir. Digər qurumlar məqbul sayarsa, bu təklif qəbul edilsə, oraya qayıdan əhali üçün yeni imkanlar olacaq", - deyə C.Kərəmov bildirib.
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?
- Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı
- Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı
- Etiraf etməliyik ki, bu prosesə gecikmişik - Aynur Camalqızı
- AZAL təyyarəsinin qəzası: Rusiya bu ölkəni “hədəf” edir...
- Azərbaycandan alırıq, qalır satmaq...