Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə avtoxuliqanlıq edib Dövlət Yol Polisi əməkdaşlarının əmrinə tabe olmayan şəxsin görüntülərinin yayılmasına aydınlıq gətirib.
DİN-in Mətbuat xidmətindən BUTA.TV-a bildirilib ki, avqustun 7-də saat 17:30 radələrində paytaxt ərazisində yol-hərəkəti qaydalarını pozaraq təhlükəli manevrlər etməklə insanların həyatına təhlükə yaratdığına görə VAZ-2107 markalı avtomobilin sürücüsünə “Saxla” işarəsi verilib.
"Lakin avtomobilin sürücüsü buna məhəl qoymayıb və avtoxuliqanlıq hərəkətlərini davam etdirib. Həmin sürücü - 1995-ci il təvəllüdlü Elşən Teyfur oğlu Abdullayev Nəsimi rayonu ərazisində saxlanılıb.
O, saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq müqavimət göstərib. E.Abdullayev barəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib", - məlumatda qeyd olunub.
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?
- Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı
- Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı
- Etiraf etməliyik ki, bu prosesə gecikmişik - Aynur Camalqızı
- AZAL təyyarəsinin qəzası: Rusiya bu ölkəni “hədəf” edir...
- Azərbaycandan alırıq, qalır satmaq...