Rusiya Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşması, danışıqlar prosesinin inkişafı və iki ölkə liderlərinin görüşünə hazırlığın tərəfdarıdır.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib.
“Biz Türkiyə ilə Suriya arasında dövlətlərarası münasibətlərin ərazi bütövlüyü və suverenliyinin qarşılıqlı tanınması əsasında normallaşması prosesinin tərəfdarıyıq. Moskvada Dəməşq və Ankara nümayəndələrinin iştirakı ilə üçtərəfli görüşlər keçirməyə hazırıq”, - o bildirib.
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?
- Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı
- Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı
- Etiraf etməliyik ki, bu prosesə gecikmişik - Aynur Camalqızı
- AZAL təyyarəsinin qəzası: Rusiya bu ölkəni “hədəf” edir...
- Azərbaycandan alırıq, qalır satmaq...