Qəzaları azaltmaq, sıxlığı aradan qaldırmaq üçün bir ildən çoxdur ki, quraşdırılmış işıqfor hələ də istifadəyə verilməyib.
BUTA.TV “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, söhbət Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisindəki iki küçənin kəsişməsindən gedir.
Sürücülər tezliklə işıqforun istifadəyə verilməsini istəyirlər.
Məsələ ilə bağlı Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzindən bildirilib ki, qeyd edilən ünvandakı işıqforlar mərkəzin balansında deyil.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən isə bildirildi ki, paytaxtın küçə və prospektlərində piyadaların və nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə kompleks tədbirlər aparılır. Bu çərçivədə müxtəlif yol sahələrində nəqliyyat axını təhlil edilərək zəruri olan yerlərdə işıqforların quraşdırılması təmin edilir. Bu işlər sözügedən ərazidə də həyata keçirilib. Nizamlayıcının işə salınması üçün texniki tamamlanma işləri aparılır.
Daha ətraflı videomaterialı təqdim edirik:
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?
- Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı
- Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı
- Etiraf etməliyik ki, bu prosesə gecikmişik - Aynur Camalqızı
- AZAL təyyarəsinin qəzası: Rusiya bu ölkəni “hədəf” edir...
- Azərbaycandan alırıq, qalır satmaq...