"Almaniya yaxın beş il ərzində Rusiya ilə birbaşa hərbi münaqişəyə hazır olmalıdır".
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, bunu Bundesverin Hamburqdakı regional komandanlığının rəhbəri Maykl Qiss "Welt"ə müsahibəsində deyib. Qiss qeyd edib ki, onun hərbi təcrübəsi Almaniyanın müdafiə qabiliyyətini gücləndirmək üçün təcili tədbirlər görməli olduğunu deməyə əsas verir.
O vurğulayıb ki, bütün ölkə, o cümlədən siyasətçilər, hərbçilər, biznes və vətəndaş cəmiyyəti təhlükənin ciddiliyini anlamalı və mümkün müharibəyə hazırlaşmaqda iştirak etməlidir.
Bundesver komandanı qeyd edib ki, ölkədəki sosial sabitlik xarici təcavüzə qarşı uğurlu mübarizəni təmin edən əsas amillərdən biridir
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?
- Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı
- Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı
- Etiraf etməliyik ki, bu prosesə gecikmişik - Aynur Camalqızı
- AZAL təyyarəsinin qəzası: Rusiya bu ölkəni “hədəf” edir...
- Azərbaycandan alırıq, qalır satmaq...