Sabah Bakının bir sıra ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə BUTA.TV-a "Azəriqaz” İstehsalat Birliyindən bildirilib.
Binəqədi rayonunun İbrahim Paşa Dadaşov küçəsində və Cəfər Xəndan küçəsində qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Səbail rayonunun Badamdar qəsəbəsində qaz xətti üzərindəki siyirtmənin əvəz olunması məqsədi ilə saat 10:00-dən etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
Qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonu üzrə Azadlıq, S.S.Axundov, İ.P. Dadaşov, C.Xəndan küçələrinin, Union Park yaşayış kompleksinin, 3126 məhəllənin və 7-ci mikrorayonun bir hissəsinin, Səbail rayonu üzrə isə Badamdar qəsəbəsi, 2-ci yaşayış massivinin qaz təchizatında fasilə yaranacaq.
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?
- Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı
- Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı
- Etiraf etməliyik ki, bu prosesə gecikmişik - Aynur Camalqızı
- AZAL təyyarəsinin qəzası: Rusiya bu ölkəni “hədəf” edir...
- Azərbaycandan alırıq, qalır satmaq...