Kursk vilayətinin regional operativ qərargahı Belovsk rayonunun sakinlərini təxliyəsinə qərar verib.
BUTA.TV xəbər verir ki, bunu Kursk vilayətinin qubernatoru vəzifələrini icra edən Aleksey Smirnov deyib.
“Əlavə nəqliyyat vasitələrinin hazırlanması ilə bağlı Nəqliyyat Nazirliyinin regional idarəsinə tapşırıq vermişəm. Artıq təhlükəsiz ərazilərdə avtobuslar fəaliyyət göstərir. İndi əsas məsələ yaşayış məntəqələrinin sakinlərinə ərazini tərk etmək imkanı barədə operativ məlumat verməkdir. Rayon icra hakimiyyətinin və kənd yaşayış məntəqələrinin rəhbərlərinə bütün müvafiq tapşırıqlar verilib”, - Smirnov bildirib.
Qeyd edək ki, bundan öncə Ukrayna ordusunun Belovsk istiqamətində hərəkət etdiyi haqda məlumat yayılmışdı.
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?
- Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı
- Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı
- Etiraf etməliyik ki, bu prosesə gecikmişik - Aynur Camalqızı
- AZAL təyyarəsinin qəzası: Rusiya bu ölkəni “hədəf” edir...
- Azərbaycandan alırıq, qalır satmaq...