Xəbər verildiyi kimi, Demokrat.az saytı sabiq xarici işlər naziri Elmar Məmmədyarovun Rusiyaya səfir təyin olunacağı ilə bağlı məlumat yayıb.
Bildirilib ki, sözügedən təyinat 2024-cü il sentyabrın 1-də keçiriləcək Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdən sonra gözlənilir.
BUTA.TV xəbər verir ki, Elmar Məmmədyarov Musavat.com-a açıqlamasında xəbəri təkzib edib:
“Polad Bülbüloğunu artıq seçmisiz? (Gülür). Demokrat.az saytının nəyə əsaslanaraq bu barədə yazdığı haqda məlumatım yoxdur. Kim mənə səfir olacağım barədə təklif edib? Ortada bir şey yoxdur. Yalnız jurnalistlər yazırlar. Mənim üçün də çox maraqlıdır, zəng vurun Demokrat.az-a, soruşun, mənbəni hardan götürüblər... Əvvəlcə Polad Bülbüloğu deputat seçilməlidir, sonra bu məsələyə toxunmaq olar. Məni səfir görmək istəyirsizsə, sizin əlinizdə olsaydı, mən deyərdim, hə (Gülür). Amma bilirsiniz sistem necə işləyir. Mənə təklif olunandan sonra bu məsələyə baxmaq olar. Məsələni həll etmək üçün məsələ yetişməlidir, ortaya çıxmalıdır”.
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?
- Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı
- Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı
- Etiraf etməliyik ki, bu prosesə gecikmişik - Aynur Camalqızı
- AZAL təyyarəsinin qəzası: Rusiya bu ölkəni “hədəf” edir...
- Azərbaycandan alırıq, qalır satmaq...