Sərnişinlər şəhərətrafı və qəsəbələrarası avtobuslarda gedişhaqqının düzgün hesablanmamasından narazıdırlar.
Məsələn, 211 nömrəli avtobusla "Sədərək" Ticarət Mərkəzindən metronun "Koroğlu" stansiyasına qədər getmək üçün də, bir dayanacaqlıq yola görə də eyni məbləğ - 55 qəpik ödəməlisiniz. BUTA.TV Baku TV-yə istinadən xəbər verir ki, yaxın və uzaq məsafə arasında fərq qoyulmamasından şikayətlənən sərnişinlər əlavə ödəniş etmək istəmədiklərini qeyd edirlər.
Məsələ ilə bağlı bildirilib ki, qiymət Tarif Şurası tərəfindən hesablandığına görə daşıyıcı şirkət buna müdaxilə edə bilməz.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən isə bildirilib ki, şəhərətrafı və qəsəbələrarası avtobuslarda tariflər məsafəyə görə dəyişir:
"Şəhərdaxili marşrutlarda məsafəyə görə diferensial ödənişlərin tətbiqi üçün xüsusi infrastruktur qurulmalı, nağdsız ödənişlərə keçid tam təmin edilməlidir. Hazırda sərnişindaşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər görülür".
Daha ətraflı materialda:
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?
- Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı
- Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı
- Etiraf etməliyik ki, bu prosesə gecikmişik - Aynur Camalqızı
- AZAL təyyarəsinin qəzası: Rusiya bu ölkəni “hədəf” edir...
- Azərbaycandan alırıq, qalır satmaq...