BMT Təhlükəsizlik Şurası Rusiyanı 12 avqust 2008-ci il tarixli atəşkəs razılaşması üzrə öhdəliklərini yerinə yetirməyə və qoşunlarını Gürcüstan ərazisindən dərhal çıxarmağa çağırıb.
BUTA.TV xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Avqustun 14-də BMT Təhlükəsizlik Şurasının qapalı iclasında vəziyyət müzakirə edilib. Görüşdən sonra səkkiz dövlət - Fransa, ABŞ, Böyük Britaniya (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçü), Yaponiya, Sloveniya, Malta, həmçinin Yunanıstan və Danimarka (gələcək üzvlər) adından bəyanat qəbul edilib. BMT Təhlükəsizlik Şurasının üzvləri Gürcüstanın müstəqilliyi və suverenliyinə güclü dəstəyini bir daha təsdiq ediblər.
Vurğulanıb ki, Abxaziya və Sxinvali regionu Rusiyanın inteqrasiya sazişlərinin imzalaması, Bişvinta kurortu, Suxumi hava limanı və Oçamçira limanı kimi strateji obyektlərin təhvil verilməsi, habelə 2024-cü ildə qanunsuz seçkinin keçirilməsinə baxmayaraq, Gürcüstanın ayrılmaz hissəsi olaraq qalır", - məlumatda bildirilib.
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?
- Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı
- Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı
- Etiraf etməliyik ki, bu prosesə gecikmişik - Aynur Camalqızı
- AZAL təyyarəsinin qəzası: Rusiya bu ölkəni “hədəf” edir...
- Azərbaycandan alırıq, qalır satmaq...
- ABŞ ilk dəfə açıqladı: Bakı və İrəvan arasında dəhşətli müharibə...
- Yeni sülh planı: Kiyev nə qazanır və nələr itirir?