Avqustun 3-dən 14-dək Ermənistan Müdafiə Nazirliyinin Vazgen Sərkisyan adına Hərbi Akademiyasının rəisi, polkovnik Arsen Manqasaryanın rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-ın hərbi təhsil müəssisələrinə səfərlər edib.
BUTA.TV xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
“Səfər çərçivəsində nümayəndə heyəti Ermənistanda Müdafiə Təhsilinin İnkişafı Proqramının akademik direktoru Sten Antonla birlikdə Fort Murda ABŞ Ordusunun Döyüş Təlim və Təkmilləşdirmə Mərkəzində və Fort Leavenvortda ABŞ Ordu Komandanlığı Qərargah Kollecində olub.
Danışıqlar zamanı gələcək əməkdaşlıq məsələləri müzakirə edilib, Vazgen Sərkisyan adına Hərbi Akademiyanın tədris prosesinin daha da təkmilləşdirilməsi prosesi müzakirə edilib”, - məlumatda qeyd olunub.
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?
- Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı
- Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı
- Etiraf etməliyik ki, bu prosesə gecikmişik - Aynur Camalqızı
- AZAL təyyarəsinin qəzası: Rusiya bu ölkəni “hədəf” edir...
- Azərbaycandan alırıq, qalır satmaq...
- ABŞ ilk dəfə açıqladı: Bakı və İrəvan arasında dəhşətli müharibə...
- Yeni sülh planı: Kiyev nə qazanır və nələr itirir?