Ukrayna Seym çayı ətrafındakı halqanı bağlamağa yaxındır. Halqanın içərisində 3000-ə qədər rus əsgəri qalıb.
BUTA.TV xəbər verir ki, bunu “Bild” nəşrinin analitikin Yulian Röpke deyib.
Onun sözlərinə görə, avqustun 16-da Ukrayna hərbçiləri Kursk vilayətinin Qluşkovski rayonunun şimalında Seym çayı üzərindən körpüləri partlatmağa başlayıb:
“Bu, Rusiya hərbçilərinin önünü kəsə bilər, çünki ərazi qərbdən və cənubdan Ukrayna ərazisi ilə əhatə olunub. Rusiya cavab olaraq ponton keçidləri və hava körpüsü təşkil edir və şərqdə qalan keçidi müdafiə edir. Bir gün əvvəl Ukrayna Silahlı Qüvvələri Snaqost və Apanasovka kəndlərini ələ keçirib. Onların Seym çayına və mühasirəni bağlamasına 5 km qalıb”.
Röpke Ukrayna mənbələrinə istinadla yazır ki, mühasirədə 2-3 minə yaxın rus hərbçisi qalıb:
“Halqanın cənub və qərbində Rusiya ilə Ukrayna arasında dövlət sərhədi müdafiə üçün hazırlanır. Amma Ukrayna Silahlı Qüvvələri şərqdən hücuma keçərsə, rusların müdafiəsi çətin olacaq. Bundan əlavə, qərbdə ukraynalılar artıq sərhədi keçərək Rusiya ərazisinin Seym çayına qədər 15 kvadratmetrlik kiçik bir hissəsini nəzarətə götürüblər. Orada Otruba xutoru da var. Rusların indi sadə seçimi qalıb: ya döyüşməli və ərazini müdafiə etməli, ya da geri çəkilməlidirlər. Göründüyü qədər, hər iki seçim faciəvidir. Amma səmimi demək lazımdır ki, bu döyüş həlledici deyil. Çünki biz Ukraynanın nə qədər qüvvəsinin qaldığını da bilmirik”.
- AZAL təyyarəsinin qəzası: Rusiya bu ölkəni “hədəf” edir...
- Azərbaycandan alırıq, qalır satmaq...
- ABŞ ilk dəfə açıqladı: Bakı və İrəvan arasında dəhşətli müharibə...
- Yeni sülh planı: Kiyev nə qazanır və nələr itirir?
- Mehriban Əliyeva qəzanın ildönümü ilə bağlı paylaşım etdi
- Bakı Moskvanın kompensasiya ödəyəcəyinə ümid edir - Səfir
- Ermənistan XİN-dən “Tramp Marşrutu” ilə bağlı açıqlama
- İlham Əliyevin İrana səfəri planlaşdırılır