Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Elza Qurbanova Ağdaş Dövlət Humanitar Kollecinə, Firuzə Fərmanlı isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecinə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.
BUTA.TV xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, Elza Qurbanova 2011-2015-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində “Məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə bakalavr təhsili, 2022-2024-cü illərdə isə ADA Universitetində “Təlim və tədrisin təşkili və metodikası” ixtisası üzrə magistratura təhsili alıb. O, 2016-cı ildən müxtəlif təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olub, Azərbaycan Respublikasının Təhsil İnstitutunun “Öyrədənlərin öyrədəni” proqramında iştirak edib.
Firuzə Fərmanlı 1994-1999-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində “Pedaqogika və psixologiya” ixtisası üzrə bakalavr təhsili, 2006-2008-ci illərdə isə elə həmin ali təhsil müəssisəsində “Pedaqogika nəzəriyyəsi və tarixi” ixtisası üzrə magistratura təhsili alıb. O, 2009-2024-cü illərdə Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə müəllim kimi çalışıb. F.Fərmanlı Azərbaycan Respublikasının Təhsil İnstitutunun “İnnovativ təlim üsulları” və “Təhsildə innovasiyalar və fəal təlim” mövzusunda təşkil etdiyi təlimlərdə iştirak edib.
- Türkiyə də Ukrayna müharibəsinə sürüklənir: Tərəf seçə bilər
- İlham Əliyev Piterə gələ bilər - Peskov
- Vardanyanın saxlanma şəraiti ilk dəfə göstərildi - Video
- Hökumə Əliyevanın ailə üzvləri Aktauya getdi - Video
- Rusiyanın Türkiyəyə qarşı təxribatı - Nə baş verir?
- Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi
- Ermənistana investisiyalar Türkiyə üçün risklər yaradır
- Ermənistana ixrac edilən neft məhsullarının ilk partiyası - Video