Dünya fəsillərin yerinin dəyişməsi, ekstremal hava hadisələri ilə üzləşməkdədir.
BUTA.TV xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) açılış günü çərçivəsində “İqlim İmperativi – Yerli Fəaliyyətdən Qlobal Fəaliyyətə” panelində çıxışı zamanı ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib.
O bildirib ki, buna görə dünya uzlaşma həlləri üçün birlikdə tədbirlər görməlidir:
“Uğurlu uyğunlaşma yalnız hökumətlərdən asılı deyil. Burada hər kəsin davamlı iştirakı, biliklərin səmərəli idarə edilməsi tələb olunur. Paris sazişi çərçivəsində Qlobal Uyğunlaşma adlı qurum yaradıldı. Temperaturun 1,5-dən yuxarı qalxması risklər yaradır. Dünya təhlükəli həddə doğru irəliləyir. Temperaturu 1.5-dən aşağı salmaq üçün tədbir görmək imkanları azalır”.
SOCAR rəsmisi xaricdə otelə apardığı qadınla medianın gündəminə düşdü – FOTOLAR
“Bizim ölkəmiz unikal ölkədir. İqlim dəyişikliyi nəticəsində ölkəmizdə də meşə yanğınları, su ehtiyatlarının azalması, buzlaqların əriməsi kimi problemlər özünü göstərir. Son 10 ildə yağıntıların ciddi surətdə azalması kənd təsərrüfatına da təsir göstərib. Ölkəmizdə iqlim dəyişikliklərinin təzahürləri müşahidə edilir. Biz misli görülməmiş sayda -147 daşqınla üzləşdik. Bu il isə hələ payız olmasına baxmayaraq, daşqınların sayı 102-ni keçib. Ölkənin Üçüncü Qırmızı Kitabının həcmi artıb. Çünki ölkədə təhlükədə olan flora və faunanın sayı artmaqdadır”, – deyə o əlavə edib.
- Rus kəşfiyyatının Bakıda gizli fəaliyyəti... - Şok detallar
- Simonyan çox irəli getdi: Azərbaycanla vahid bazar...
- İğtişaşların səbəbi: Nepal uğrunda Çin-ABŞ savaşı?
- Qriqoryan Azərbaycana gəldi
- İrəvandan Zəngəzur açıqlaması: Dağlar dağıdılır, yol çəkilir
- Manaf Ağayevin oğlu işdən çıxarıldı
- SOCAR rəsmisi xaricdə otelə apardığı qadınla medianın gündəminə düşdü – FOTOLAR
- Ərdoğan onu İrəvana göndərir: Nələr tələb olunacaq?