Azərbqaycanda internetin sürəti ilə bağlı problem əsasən lokal səviyyədə olur.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin İdarə Heyətinin sədri Nail Mərdanov bildirib.
"Bu ay Azərbaycandakı internet opertorlarının təqdim etdiyi internetin orta sürəti 80,54 mb/s olub. Ayrı-ayrı bölgələr üzrə bu rəqəm fərqli ola bilər. Bu gün ölkədə 250-377 mb/s sürət almaq da mümkündür. Biz hazırda provayderlərlə işləyirik, onları dəvət edirik, məktublar göndəririk, ümumilikdə işlər gedir. İnternetin sürəti ilə bağlı problem əsasən lokal səviyyədə olur. Əgər bir küçədə istifadəçilərdən biri 371 mb/s sürət alıb, digəri ala bilmirsə, bu, artıq xidmət təminatçısının problemi deyil. Yəni problem kökdən yaranmır", - deyə o qeyd edib.
- Niyə “Sədərək” hər yay yanır? - Səbəb
- Jurnalist vəsiqəsi ilə bağlı bu ödəniş ləğv edilir
- Pensiyalara 3 milyard 262 milyon manat vəsait yönəldilib
- 24 yaşlı Məryəmin öldüyü hadisənin - Təfərrüatı
- Hidayət Orucovun cənazəsi Bakıya gətirildi
- Ağstafada evdə yanğın: ölən var
- Şəmkirdə körpə qızdırmadan öldü
- Rusiya afrikalıları müharibəyə belə cəlb edir