Vətəndaşların bank kartlarından pul vəsaitinin mənimsənilməsi ilə bağlı nəzarət gücləndirilməlidir.
BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov VII çağırış parlamentin payız sessiyası üzrə sentyabrın 30-da keçirilən ilk plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bununla bağlı Cinayət Məcəlləsində müvafiq maddə daha da sərtləşdirilməlidir:
"Pensiya və əmək haqqını mənimsəməyin qarşısı qəti şəkildə alınmalıdır".
S.Novruzov, həmçini əlavə edib ki, müəllimlərin də hüquqları müdafiə olunmalıdır:
“Hərə əlinə bir telefon götürüb müəllimi çəkir. Müəllim şagirdə söz deyəndə valideynin onun üstünə hücum çəkməsi, müəllimin cəzalandırılması halları olmamalıdır. Onlar xalqın övladlarına dərs verir, öyrədirlər. Ola bilər ki, müəllim hansısa ifadəni düz işlətmir, amma onun hüquqları müdafiə olunmalıdır”.
- Niyə “Sədərək” hər yay yanır? - Səbəb
- Jurnalist vəsiqəsi ilə bağlı bu ödəniş ləğv edilir
- Pensiyalara 3 milyard 262 milyon manat vəsait yönəldilib
- 24 yaşlı Məryəmin öldüyü hadisənin - Təfərrüatı
- Hidayət Orucovun cənazəsi Bakıya gətirildi
- Ağstafada evdə yanğın: ölən var
- Şəmkirdə körpə qızdırmadan öldü
- Rusiya afrikalıları müharibəyə belə cəlb edir