Prezident İlham Əliyev “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1340 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
BUTA.TV fərmanın mətnini təqdim edir
“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1340 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 4, maddə 554 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
1. 2.1.2-ci yarımbənddə “dayanacaq bazalarının (qurğularının)” sözləri “və onların dayanacağı üçün bazaların (qurğuların)” sözləri ilə əvəz edilsin.
2. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti haqqında Əsasnamə”nin 3.0.24-cü yarımbəndində “dayanacaq bazalarının” sözləri “və onların dayanacağı üçün bazaların (qurğuların)” sözləri ilə əvəz edilsin.
- Məhkəmə Əli Kərimli barədə qərar verdi
- Niyə “Sədərək” hər yay yanır? - Səbəb
- Jurnalist vəsiqəsi ilə bağlı bu ödəniş ləğv edilir
- Pensiyalara 3 milyard 262 milyon manat vəsait yönəldilib
- 24 yaşlı Məryəmin öldüyü hadisənin - Təfərrüatı
- Hidayət Orucovun cənazəsi Bakıya gətirildi
- Ağstafada evdə yanğın: ölən var
- Şəmkirdə körpə qızdırmadan öldü