Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı mətbuat konfransı baş tutub.
Kult.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova 10-cu Bakı Beynəlxalq Kitab Sərgisinin əhəmiyyətindən danışıb:
“Sərginin baş tutması çox gözəl haldır. İldən-ilə yaradıcı və maliyyə baxımından imkanları gözəlləşir. Ziyarətçilərimizin "Elmlər akademiyası", "28 may", "Koroğlu" metrostansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi pulsuz təmin ediləcək. Sərgidə keçən il 75 min ziyarətçi iştirak etdi. Bu il isə 120 min ziyarətçinin iştirakı gözlənilir. Bunların sırasında isə daha çox gənclər təşkil edir”.
Mədəniyyət Nazirliyinin kitab sənayesi şöbəsinin müdiri Akif Marifli isə vurğulayıb ki, iki gün sonra 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi öz işinə başlayır:
SOCAR rəsmisi xaricdə otelə apardığı qadınla medianın gündəminə düşdü – FOTOLAR
“Sərgi 2-8 oktyabr tarixlərində baş tutacaq. 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr edilib. Sərgi bu il 7 gün nəzərdə tutulub. Sərgidə 18 ölkədən 58 xarici təşkilat, 110 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edəcək.
Sərginin fəxri yazarları Salam Sarvan, Rövşən Abdullaoğlu olacaq. Sərginin fəxri qonaqları isə dünya şöhrətli irland yazar Con Boyn və alman yazar Vulf Dorndur. Sərgidə Türkiyə, İtaliya, Çin, Rusiya, Koreya, Macarıstan, Qazaxıstan, Qətər, Özbəkistan, Oman, Argentina, Mərakeş, Venesuela, Gürcüstan, Meksika, Kolumbiya, Çili Monqolustan kimi ölkələrin yazıçıları iştirak edəcəklər. Sərgi ziyarətçilərimiz üçün unudulmaz olacaq. Hər kəsi sərgiyə dəvət edirik”.
“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu 10-cu Bakı Beynəlxalq Kitab Sərgisində kitablarıb 90-70 və 30 faiz endirimlə ziyarəçilərə təklif ediləcəyini vurğulayıb.
Qeyd edək ki, 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi Bakı Ekspo Mərkəzində 2-8 oktyabr tarixlərində saat 10:00-dan 20:00-dək davam edəcək.
- Rus kəşfiyyatının Bakıda gizli fəaliyyəti... - Şok detallar
- Simonyan çox irəli getdi: Azərbaycanla vahid bazar...
- İğtişaşların səbəbi: Nepal uğrunda Çin-ABŞ savaşı?
- Qriqoryan Azərbaycana gəldi
- İrəvandan Zəngəzur açıqlaması: Dağlar dağıdılır, yol çəkilir
- Manaf Ağayevin oğlu işdən çıxarıldı
- SOCAR rəsmisi xaricdə otelə apardığı qadınla medianın gündəminə düşdü – FOTOLAR
- Ərdoğan onu İrəvana göndərir: Nələr tələb olunacaq?