Fazil Mustafa cinayətində təqsirli bilinən dəstə üzvlərinin apellyasiya şikayətləri üzrə baxış başlayıb.
BUTA.TV Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən ilk iclasda hakimlər müttəhimlərin anket məlumatları ilə tanış olublar. Onlara hüquq və vəzifələri izah edilib.
Zərərçəkmiş millət vəkili Fazil Mustafa da hökmdən şikayət verib. Fazil Mustafa onu güllələyən Səbuhi Şirinova verilmiş 20 il azadlıqdan məhrumetmə cəzasından narazıdır. O, Şirinovun ömürlük məhkum edilməsini istəyir. Bu instansiyada da deputatı nümayəndəsi Əjdər Əhmədov təmsil edir.
Təqsirləndirilən şəxslər isə birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmırlar. Onlar şikayət ərizələrində hökmün dəyişdirilməsini xahiş ediblər.
SOCAR rəsmisi xaricdə otelə apardığı qadınla medianın gündəminə düşdü – FOTOLAR
Tərəflərdən bəzilərinin vəkilləri məhkəmədə iştirak etməyib. Bu səbəbdən ilkin baxış iclasının davamı oktyabrın 7-nə təyin edilib.
Qeyd edək ki, cinayət ötən ilin martında baş verib. Həmin vaxt da millət vəkili olan Mustafayev Fazil Qəzənfər oğlu silahdan açılan atəşdən xəsarət alıb.
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) hadisəni terror aktı adlandırıb. Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədə şübhəli bilinən 5 nəfər tutularaq istintaqa təhvil verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər Səricanov ömürlük, Səbuhi Şirinov 20 il, Rəşad Əhmədov 19 il, Elşad Əsgərov 18 il, Emin Əliyarov isə 4 il müddətinə azadlıqdan məhrum ediliblər.
- Rus kəşfiyyatının Bakıda gizli fəaliyyəti... - Şok detallar
- Simonyan çox irəli getdi: Azərbaycanla vahid bazar...
- İğtişaşların səbəbi: Nepal uğrunda Çin-ABŞ savaşı?
- Qriqoryan Azərbaycana gəldi
- İrəvandan Zəngəzur açıqlaması: Dağlar dağıdılır, yol çəkilir
- Manaf Ağayevin oğlu işdən çıxarıldı
- SOCAR rəsmisi xaricdə otelə apardığı qadınla medianın gündəminə düşdü – FOTOLAR
- Ərdoğan onu İrəvana göndərir: Nələr tələb olunacaq?