İran Ermənistana məxsus maşınların ölkəyə girişini asanlaşdırır.
BUTA.TV xəbər verir ki, bu barədə Zəngəzur vilayət administrasiyası məlumat yayıb.
Bildirilib ki, avqust ayında imzalanmış müqaviləyə əsasən, Ermənistan nömrəli avtomobillərin sahibləri indi yalnız “Carnet de Passage” (nəqliyyat vasitəsinin ölkəyə müvəqqəti girişi üçün tələb olunan beynəlxalq gömrük bəyannaməsi) əldə etməlidirlər.
Bununla bağlı sentyabrın 28-də iki ölkə nümayəndələrinin işgüzar toplantısı keçirilib.
Məlumata görə, Ermənistan sürücülərinin “Carnet de Passage” ala bilmələri üçün Zəngəzurda tezliklə ofis açılacaq.
- Niyə “Sədərək” hər yay yanır? - Səbəb
- Jurnalist vəsiqəsi ilə bağlı bu ödəniş ləğv edilir
- Pensiyalara 3 milyard 262 milyon manat vəsait yönəldilib
- 24 yaşlı Məryəmin öldüyü hadisənin - Təfərrüatı
- Hidayət Orucovun cənazəsi Bakıya gətirildi
- Ağstafada evdə yanğın: ölən var
- Şəmkirdə körpə qızdırmadan öldü
- Rusiya afrikalıları müharibəyə belə cəlb edir