Məncə, Cənubi Qafqaz Tramp administrasiyasının prioritetlər siyahısında ən aşağı yerlərə keçəcək, çox güman ki, diqqət ABŞ-Meksika sərhədi, Çin, Yaxın Şərqə yönələcək.
BUTA.TV xəbər verir ki, bu sözləri erməni mediasına geniş müsahibəsində diplomat, Rusiya-ABŞ prezidentlərinin ikitərəfli əməkdaşlığın inkişafı komissiyasında ABŞ tərəfindən təmsil olunan sabiq müşavir Ceyms Karden deyib.
“Tramp administrasiyası dövründə əsas prioritetlər enerji təhlükəsizliyi olacaq: neft və qaz! Bu o deməkdir ki, Azərbaycan diqqət mərkəzində olacaq, Deməli, sizin regionda bu iki məsələ, enerji təhlükəsizliyi və İsrail (İsrail isə Azərbaycanla müttəfiqdir) ABŞ-ın xarici siyasətinə hakim olacaq”, - o bildirib.
- Bakının bu ərazisində yanğın başladı - Video
- Universitetini dəyişdirmək istəyənlərin nəzərinə: Mühüm qərar...
- Zakir Fərəcov növbəti səyyar qəbul keçirdi
- Bu mərkəzin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olundu
- Azərbaycanda güclü zəlzələ: Dağıntı var?
- Bu rayonlarda ehsan ləğv olunub - Siyahı
- Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib?
- Deputatdan blogerlərlə bağlı təklif: Diplomu olmalıdır!