Ermənistanın Tavuş vilayəti istiqamətində yeni ərazilərin sərhədlərin delimitasiya və demarkasiyası prosesi çərçivəsində Azərbaycana təhvil verilməsi gözlənilir.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşrə danışan Tavuşun sərhəddə yerləşən Kirants kəndinin sakini Andranik Nazaryan deyib ki, proses çərçivəsində Kirants-Voskepar bölgəsində yeni ərazilərin verilməsinə hazırlıq görülür:
“Burada söhbət bizim üçün strateji əhəmiyyətə malik “Qızıl üçbucaq” adlanan ərazidən gedir. Həmin bölgədəki ərazilər Azərbaycana təhvil verilərsə, oradan keçən qaz kəməri də Bakının nəzarəti altına düşəcək. Ötən il baş tutan demarkasiya prosesi zamanı “Vətən üçün Tavuş” hərəkatının iştirakçıları çox aktiv idilər, buna qarşı çıxırdılar. Əhali indi də qətiyyətlidir, boş oturmaq istəmirlər, etiraz etməyə və mübarizə aparmağa çalışırlar. Lakin bizim çox ciddi lider problemimiz var, mübarizəyə rəhbərlik edəcək kimsə yoxdur”.
A.Nazaryan konkret hansı ərazilərin təhvilinə hazırlıq getdiyini açıqlamasa da, onların Azərbaycana məxsus anklavlar – Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndləri olduğu ehtimal edilir.
Qeyd edək ki, ötən il baş tutan demarkasiya prosesi çərçivəsində Qazaxın Aşağı Əskipara, Bağanis Ayrım, Xeyrimli və Qızılhacılı kəndləri Azərbaycana təhvil verilib. Həmçinin Kirants kəndindən başlayaraq sərhəd divarı çəkilib və kəndin yarısı Azərbaycanın, yarısı Ermənistanın nəzarətində təsdiqlənib.
- Bakının bu ərazisində yanğın başladı - Video
- Universitetini dəyişdirmək istəyənlərin nəzərinə: Mühüm qərar...
- Zakir Fərəcov növbəti səyyar qəbul keçirdi
- Bu mərkəzin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olundu
- Azərbaycanda güclü zəlzələ: Dağıntı var?
- Bu rayonlarda ehsan ləğv olunub - Siyahı
- Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib?
- Deputatdan blogerlərlə bağlı təklif: Diplomu olmalıdır!