İmzalanmış və ikitərəfli təsdiq edilmiş sənəddə anklavlar məsələsi nəzərdə tutulmur.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
“Bundan əlavə, anklavların müzakirəsində heç bir problem görmürük, Artsvaşen (Başkənd) - bizim erməni anklavımız var və bu müzakirənin istənilən mərhələdə başlamasında problem yoxdur. Düşünmürük ki, bu bizi narahat edən bir məsələdir”, - Simonyan bildirib.
Onun sözlərinə görə, bütün bu ərazilər üçün hüquqi sənədlərin olması çox vacibdir:
“Yollara gəlincə, Artsvaşen (Başkənd) də anklav statusundadır və ona gedən yollar məsələsi də aktualdır”.
- Bakının bu ərazisində yanğın başladı - Video
- Universitetini dəyişdirmək istəyənlərin nəzərinə: Mühüm qərar...
- Zakir Fərəcov növbəti səyyar qəbul keçirdi
- Bu mərkəzin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olundu
- Azərbaycanda güclü zəlzələ: Dağıntı var?
- Bu rayonlarda ehsan ləğv olunub - Siyahı
- Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib?
- Deputatdan blogerlərlə bağlı təklif: Diplomu olmalıdır!